Cümə, 2024-04-26, 11:04 PM
Welcome Гость | RSS
  • Ana səhifə
  • Qaydalar
  • Forum
  • Fotoalbom
  • Qonaq kitabı
  • Testlər
  • Gündəlik
  • Video
  • Music
  • Our poll
    Sinifin ən intellektual şagirdi?
    Total of answers: 17
    Tag Board
    500
    Main » 2009 » İyul » 27 » Lətifələr (From Elchin)
    Lətifələr (From Elchin)
    0:03 AM
    Lətifələr! :)
    Polkovnik əsgərlərin içki içmələrinə mane olmaq üçün bufetin divarına bir yazı asmışdır. Yazıda: -İçki öldürər, deyə yazır. Sabahısı gün oradan keçən polkovnik nə görsün? Biri yazının altına bunları əlavə etmişdir: -Əsgərlər ölməz!

    ***

    Bir dövrün bütün as və klas futbolçuları cənnətdə görüşür. Cənnətin baş mələyi də futbol maraqlısıymış. Şeytanı çağırtmış: -"Cənnətlə cəhənnəm arasında bir matç təşkil edək nə deyirsən?" -"Boşuna oynamayaq, biz qazanarıq", demiş şeytan. -"Olar heç? Ən yaxşı futbolçular bizdədir, nə qədər də pis futbolçu varsa sizdədir..." Şeytan şeytan kimi gülümsəmiş: -"Amma bütün hakimlər də bizdədir..."

    ***

    Bir Amerikalı ilə Yapon safariyə çıxmışlar. Hər ikisi də son texnoloji silahları da bir-birlərinə göstərmək üçün yanlarında götürmüşlər. Uzaqda bir şir görürlər. Amerikalı lazer tüfəngilə şirə atəş açır. Amma boşa çıxır güllə. Dərhal Yapon peykdən istiqamətləndirməli tüfəngilə şirə atəş açır. Lakin o da boşa. Şir bunları görüncə üzərlərinə doğru gəlməyə başlamış. Amerikalı bir qurtum viski içib sonunu gözləməyə başlamış. Yapon dərhal idman ayaqqabılarını geyməyə başlamış. Amerikalı soruşmuş: -Nə? Şirdən sürətli qaçacaqsan? -Yox, səndən sürətli qaçsam yetər.

    ***

    Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. "Mənə tez 5 şüşə kola gətir" deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını" deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, "nə olub?" deyir. Xəstə cavab verir: - "Şüşələri gətirdim."(bu lətifəyə görə Mix_az_li nikli userdən üzr istəyirəm))

    ***

    - Həkim məni hara aparırsınız? - Morqa. Axı mən daha ölmədim ki?! - Heçnə olmaz biz də hələ çatmamışıq.

    ***

    Evdə qadın ərini ağ yuyub qara sərir: - Heç olmazsa bu yan qonşularımızı nümunə götür. Neçə illik evlidilər, amma bir-birlərinə hələ bal ayındakı kimi davranırlar. Adam arvadını avtomobildə, qapının qarşısında, hər yerdə öpür. Təəssüflər olsun! Sən niyə eyni şeyi edə bilmirsən? - Edərəm etməsinə amma, mən qadını yaxşı tanımıram axı...

    ***

    Adamın biri yolda gedərkən bir şüşəyə təpik atır; şüşədən cin çıxır. Cin "istə məndən nə istəyirsən" deyir, adam da "üzr istəyirəm; bir daha olmaz", deyir.

    ***

    Əli Misirdə oxuyan bir şagirddir. İmtahanlar bitir və yay tətilinə girəcəklər.. Atası Əliyə zəng edir və imtahanların necə keçdiyini soruşur. Əli də bilmədiyi halda "çox yaxşı keçdi" deyir və sonra atası onu işlərində kömək etməsi üçün çağırır. Əli getməmişdən əvvəl yoldaşına son olaraq belə deyir; "Əhməd sən qiymətlərimi öyrənərsən və mənə zəng edərsən. Əgər telefona atam cavab versə Məhəmmədin Əliyə salamı var deyərsən; mən anlayaram ki, bir kəsirim var." Əhməd qeydləri öyrənir və zəng edir. Telefona atası cavab verir və Əhməd belə deyir: - Əmi, Əliyə söylə ona bütün Ümmedi Məhəmmədin salamı var..
    1. Ana-bala söhbət edirlər. Bala anadan soruşur:
    - Ana, mələklər uçur?
    - Aha bala uçur.
    - Bütün mələklər uçur?
    - Bəli balam
    - Bəs onda bizim qulluqçu qız niyə uçmur?
    - Qulluqçu qız niyə uçmalıdır ki ay mənim ağıllı qızım?
    - Nə bilim ana, atam həmişə onunla danışanda mələyim deyir axı.
    Ana hirsli halda durur ayağa:
    - Demək belə, onda az sonra 100% uçacaq! ))
    ~~~~~~~~~~
    2. Bir gün arvad türmədə yatan oğluna məktub yazır: -Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür, bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm.. Oğul cavabında yazırki, Ana nə badə həyətdəki bostanı qazasan, hem özüvü bədbəxt edərsən,həm də məni.. Bu söhbətin üstündən bir müddət keçir, anası yenidən məktub yazır:- Oğul sənin məktubundan sonra bir tolpa polis gəldi həyəti qazıb getdi,amma heç nə tapa bilməyib söyə-söyə getdilər... Oğlu da cavab yazırki Ana həyəti mən qazdırdım Kartofu isə özün ək!!!i-))))
    ~~~~~~~~~~
    3. Bir kişi çox içir. Dəhşət çox içən olur. Arvadı deyirki birdə içsən sən evə gəlsən qapı açmıyacam. Kişi bir gün də bərk içir gəlir qapını döyür. Arvadı deyirki kimdi? Kişi deyir mənəm. Arvadı deyirki sənə demişdim axı birdə içsən qapını açmıyacam. Kişi bilmir nə bəhanəynən evə girsin. Deyirki ay qəşəng qız sənin üçün gözel gül almışam aç qapını verim. Arvad gül sözü
    nü eşidib həvəslənir açır qapını. Açır görür kişinin əlində gül yoxdu deyir bəs hanı gül? Kişi də deyirki bəs hanı qəşəng qız?)))
    ~~~~~~~~~~
    4. Bir nəfər qarpızla bal yeyirmiş bunu görən həkim dostu deyir: -qardaş qarpızla bal tutmaz xestələnərsən. dost: -heç nə olmaz. Bir az sonra həkim eşidir ki, dostu bərk xəstələnib.Gəlir yanına və deyir: -Mən sənə demədim qarpızla bal tutmaz? Dost: -Elə deyil, əgər onlar tutmasa idi əl-ələ verib məni bu günə salmazdılar))
    ~~~~~~~~~~
    5. Bir kişi olur. Bu kişi deputatlığa namizəd olmaq istəyir. Bir gün kafedə 1 litr arağı tək içdikdən sonra durur gedir nazirliyə. Bir qapıya yaxınlaşır. Amma bu nazirlik yox adi bir ev qapısı olur. Qapını açır görür ki içəridə 10-15 adam oturub. Və bərkdən qışqırır! Məni deputat edin!!!
    İçəridə isə 1 nəfər olur. Kişi sərxoş olduğu üçün 15 nəfər görür. İçəridə oturan kişi yavaşca başını qaldıraraq sərxoşa cavab verir:
    Xahiş edirəm bir-bir gəlin. Hamınıza birdən baxa bilmərəm.))))))
    ~~~~~~~~~~
    6. Bir gün müfəttiş dəlixanaya gəlir. Qapının ağzına çatanda görür ki 5-10 dəli bir birinin köynəklərindən tutaraq ona yaxınlaşır. Ən qabaqdakı müfəttişin yanında dayanıb deyir:
    -Hara gedirsən?
    Müfəttiş:
    - direktorun otağına.
    Dəli deyir. Mən avtobus sürürəm. Arxamdakılar da sərnişin. Bu avtobus direktor kabinetinin yanından keçir. Min avtobusa aparım səni də.
    Müfəttiş bunlara qoşularaq gedir. Gəlib direktorun yanına çatanda dəli deyir. 2 manat! Müfəttiş qorxaraq verir. Sonra direktorun otağına daxil olur. Əsəbi halda deyir:
    - Bu nə deməkdir? Sizin dəliləriniz mənim pulumu aldılar!!!
    Direktor cavab verir: Hansı dəli? Mən taksi sürücüsüyəm. Əyləşin taksiyə. Gedək göstərin mənə o dəlini ))))
    ~~~~~~~~~~
    7. Nazir olan mədəniyyətsiz biri şoferindən soruşar. "Şofer söylə baxaq eşşəklə şofer arasında nə fərq vardır? " Şofer bir müddət düşündükdən sonra xəcalətli bir şəkildə; "Bilmədim nazirim" deyir Nazir cavab olaraq: "Eşşəyə çüş deyincə, şoferə isə dayan deyincə dayanar" demiş. Bunun üzərinə şofer çox əsəbiləşmiş amma qarşıdakı nazir olduğu üçün bir şey söyləyə bilməmiş. Müəyyən bir müddət sonra bu dəfə şofer nazirə: "Bir sual soruşa bilərəmmi nazirim?" deyər. Nazir də: "Soruş baxaq" deyər. Şofer soruşar: "Eşşəklə nazir arasında nə fərq vardır?" Nazir bir müddət sonra: "Tapa bilmədim şofer söylə baxaq" deyir. Bunun üzərinə şofer də: "Vallah nazirim mən də tapa bilmədim...

    Views: 834 | Added by: botl-9a | Rating: 0.0/0 |
    Total comments: 1
    2009-07-30
    1. CAVANSIR (Cavoyek) [Material]
    haha laugh lol teehee up biggrin smile O qədər güldüm ki!!! Təşəkkür edirəm lətifələrə görə! cool

    Only registered users can add comments.
    [ Registration | Login ]
    Saytin dostlari
  • Create your own site
  • Neticeler

    Total online: 1
    Guests: 1
    Users: 0
    Sinifin ən intellektual şagirdi?
    Total of answers: 17

    Powered by Elchin and Cavansir @ 2009