Çərşənbə axşamı, 2024-03-19, 10:38 AM
Welcome Гость | RSS
  • Ana səhifə
  • Qaydalar
  • Forum
  • Fotoalbom
  • Qonaq kitabı
  • Testlər
  • Gündəlik
  • Video
  • Music
  • Our poll
    H.O.S.T Alliance nece qrupdur?
    Total of answers: 238
    Tag Board
    500

    İlk öncə sizi saytımızda görməyimizə çox şadıq. Lakin hər saytın bir qayda-qanunu olduğu kimi bizim saytımızın da qayda qanunu vardır:

    1. Göndərilən xəbər və ismarıclar Azərbaycan dilində olmalıdır.

    2. Sayta göndərilən xəbər və materialların daxili məzmunu üçün bütün məsuliyyəti müəllif istifadəçi daşıyır və sayt heç bir şəkildə istifadəçilərin fikir və yazıları üçün cavabdeh deyil.

    3. Saytın administrasiyası:
    3.1 milli adət-ən’ənələrəmizə zidd olan
    3.2. əxlaq qaydalarını pozan, cinsi məzmunlu
    3.3. Azərbaycan vətəndaşları arasında milli, irqi, dini ayrı-seçkilik yaradan
    3.4. dövlətçilik mənafelərinə zidd olan
    3.5. hər hansı bir dini və siyasi qrupun ekstremist fikirlərini təbliğ edən
    3.6. tərkibində vulqarizm, sərt, alçaldıcı söz və kobud ifadələr olan, sataşma xarakterli
    3.7. forum xaricindəki şəxslərə və ictimai-siyasi, mədəni təşkilatlara zərər verən
    3.8. müzakirə obyekti olan mövzunu sapdıran
    3.9. insan haqqlarına xələl gətirən
    3.10. ifrat dil xətalarına yol verilən
    3.11. mimikalar paketindən ifrat dərəcədə istifadə edilən
    3.12. ikili dialoq şəklində davam edən və üçüncü şəxsə maraqlı olmayan, “söhbət” (çat) xarakterli
    3.13. zorakılığa çağıran və ya zorakılıqla assosiasiya olunan
    3.14. sayt idarəçiləri ilə mübahisə etdikdə 

    ismarıcları, istifadəçi adlarını, imzaları və istifadəçi şəkillərini (avataraları) bağlamaq, silmək və ya onlar üzərində düzəlişlər etmək, həmçinin istifadəçilərə ban qoymaq (onları saytdan qovmaq) səlahiyyətinə sahibdir.

    4. Sayta hər hansı bir müəssisə və ya təşkilatın ticari məqsəd və mənafelərinə xidmət edən reklam və reklam tipli elanları əhatə edən xəbər və ya ismarıclar yerləşdirmək qadağandır.

    5. Saytda olan materiallardan sayt üzvləri və ya saytdan kənar şəxslər istifadə etdikləri zaman sayta istinad göstərilməlidir.

    6. Saytının ümumi istifadəyə açıq bölmələrində verilən şəxsi məlumatların sui-istifadəsi nəticəsində yaranacaq problemlərdə şəxsi məlumatlarını könüllü olaraq açıq qeyd edən şəxsin məhz özü məsuliyyət daşıyır və bu halda sayt heç bir hüquqi və mənəvi məsuliyyət daşımır.

    7. Saytın qaydalarına tabe olmayan istifadəçinin əvvəldən sayta üzvlüyü arzuolunmazdır. Lakin əvvəldən qəbul edib, sonradan yuxarıda qeyd edilən qanunlara tabe olmayan, sayta xələl gətirən üzvə qarşı hüququn imkan verdiyi müvafiq tədbirlərə əl atılacaqdır. Bu tədbirlərə sayt idarə heyəti tərəfindən rəsmi xəbərdarlıq, yazıların silinməsi və redaktə edilməsi, müəyyən müddət üçün hesabın deaktivləşdirilməsi, qeydiyyatın silinməsi və ən nəhayət sayta girişin bağlanması daxildir.

    8. Sayta üzv olan və saytın imkanlarından istifadə edən hər bir üzv yuxarıda qeyd edilmiş qaydaları və bütün hüqüqi məsuliyyətləri qəbul etmiş hesab olunur.

    9. Administrasiya yuxarıda göstərilən bütün qaydalar üzərində ehtiyac yarandığı zaman dəyişikliklər və əlavələr etmək hüququna sahibdir.

    Saytin dostlari
  • Create your own site
  • Neticeler

    Total online: 1
    Guests: 1
    Users: 0
    H.O.S.T Alliance nece qrupdur?
    Total of answers: 238

    Powered by Elchin and Cavansir @ 2009