Cümə, 2024-04-26, 6:58 PM
Welcome Гость | RSS
  • Ana səhifə
  • Qaydalar
  • Forum
  • Fotoalbom
  • Qonaq kitabı
  • Testlər
  • Gündəlik
  • Video
  • Music
  • Our poll
    Saytim necedir?
    Total of answers: 113
    Tag Board
    500
    Main » 2009 » İyul » 25 » MASONLAR (FROM CAVO)
    MASONLAR (FROM CAVO)
    2:13 PM

    Masonluq – dini-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. İngiliscədən tərcümədə “azad bənna” mənasını verir (freemason). Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır.

    Masonluq yerli lojalar şəklində fəaliyyət göstərir. Yerli lojalar Baş Lojaya tabedir. Bir qayda olaraq hər ölkədə yalnız bir Baş Loja fəaliyyət göstərir. Lakin ABŞ-da hər ştatda bir Baş Loja mövcuddur. İlk Mason lojaları XVII əsrdə İngiltərədə meydana gəlir. Lakin bəzi tədqiqatçılar masonluğun daha qədim keçmişə malik olduğunu bildirir. Onların fikrincə masonluq öz əsasını Səlibçilikdən və XIII əsr gildiya bənnaları ittifaqından götürür. Bəziləri isə bunu tarixi Süleyman Məbədinin tikilməsi ilə əlaqələndirir.

    İdeologiya və simvolikası

    Bəzi lojalarda icmaya ateist düşüncəli insanların qəbulu daha məqbul sayılsa da, ümumilikdə, masonluq da dünyanın dini təhlilinə əsaslanır və üzvlüyü dini mənsubiyyətə görə məhdudlaşdırmır. Masonluq fəlsəfəsi özündə xristianlıq və digər dinlərin zahiri elementlərini ehtiva edir. Masonluğun rəmzləri və terminologiyası öz mənşəyini hərəkatın ilk qardaşlarından olan bənnaların əmək alətlərindın alır. Mala, pərgar, şaqul masonlar tərəfindən sözün ən geniş mənasında təhlil edilir və bunlara mistik məna verilir. Masonluğun ümumqəbulolunmuş rəmzi daxilində açıq göz olan üçbucaqdır. Masonluğun digər rəmzlərindən biri də masonların müqəddəs hesab etdiyi akasiya ağacıdır.

    Masonluğun əsas dini mənası Allah və insan ruhunun xüsusi enerji halları olmasını iddia etməsindədir. Masonlar bu təlimə əsaslanaraq günah və xəcalət anlayışlarını rədd edir, əvəzində karmaların pozulmasını bəşəriyyət və mason ordeni üçün pis və ya zərərli hesab edirlər. Belə ki, masonların fikrincə ruh şəxssiz substansiya olub başqa bir insan bədəninə ötürülə bilər.

    Mason qaydalarını pozmuş mərhumun qəbir daşı üzərində yalnız “Nebe” (yoxluq) sözü yazılır

    Masonluq və İslam

    Əksər anti-Mason İslam alimlərinın Masonluq haqqında fikirləri Anti-Semitizm və anti-Sionizm ilə bağlıdır. Bəziləri isə masonluğu Dəccalla bağlayırlar. Bəzi müsəlmanlar bu təlimin yəhudilərə xidmət etdiyini bildirirlər. Onların fikrincə bu özünü əl-Əqsa məscidini dağıtdıqdan sonra Süleyman məbədini yenidən bərpa etmək cəhdlərində göstərir. Dünyanın əksər müsəlman dövlətləri öz hüdudları daxilində mason icmalarının fəaliyyətinə qadağa qoyub. Bununla belə, Türkiyə, Malayziya, Mərakeş, Livan, İraq və Misirdə Baş Lojalar fəaliyyət göstərir
    Rəyinizi gözləyirəm

    Views: 885 | Added by: Cavoyek | Rating: 0.0/0 |
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]
    Saytin dostlari
  • Create your own site
  • Neticeler

    Total online: 1
    Guests: 1
    Users: 0
    Saytim necedir?
    Total of answers: 113

    Powered by Elchin and Cavansir @ 2009