Cümə axşamı, 2024-03-28, 11:25 PM
Welcome Гость | RSS
  • Ana səhifə
  • Qaydalar
  • Forum
  • Fotoalbom
  • Qonaq kitabı
  • Testlər
  • Gündəlik
  • Video
  • Music
  • Our poll
    En yaxsi muellim?
    Total of answers: 196
    Tag Board
    500
    Main » 2009 » Avqust » 6 » Levski-Bakı 2:0 (FROM CAVO)
    Levski-Bakı 2:0 (FROM CAVO)
    8:40 AM

    Çempionlar liqası 3-cü təsnifat mərhələsi, cavab görüşü
    5 avqust 2009, Georgi Asparuhov - Sofia
    LEVSKI 2-0 BAKI

    Levski: 1 Georgi Petkov 3 Milanov 5 Rabeh 8 Sarmov 10 Yovov 11 Topuzakov 14 Minev 20 Joãozinho 21 Zé Soares 27 Bardon 99 Georgi Hristov
    Ehtiyat oyunçular: 12 Mitrev 2 Genev 6 Tiberkanine 15 Benzoukane
    17 Ortega 22 Tasevski 25 Lucio
    Baş məşqçi: Ratko Dostanic

    Bakı: 23 Sissokho 2 Rafael Barbosa 4 Borets 5 Batez 8 Skulic 9 Felipe
    12 Perez 20 Ramim 27 Bəxtiyar Soltanov 32 Savinov 77 Sojić
    Ehtiyat oyunçular: 1 Šarlija 3 R.Əmirbəyov 7 M.Qurbanov 10 Mujiri 21 Tomovski 30 Rocha Batista 55 Adamia
    Baş məşqçi: George Hacıevski

    Hakim: Stefan Johannesson (SWE)
    Yan hakimlər: Stefan Wittberg (SWE)
    Magnus Sjöblom (SWE)
    4-cü hakim: Ake Andreasson (SWE)

    Hücum cəhətdən sakit başlayan oyunun ilk 7 dəqiqəsində komandamız 2 sarı vərəqə ilə yadda qaldı. Ümumiyyətlə, hakim ilk 12 dəqiqədə 4 sarı vərəqə göstərmişdi. 14-cü dəqiqədə Perezin zərbəsi qapının üstündən keçdi. İlk yarım saatın tamamında hesab açılmamış, oyun isə sakit şəkildə davam edirdi. 37-ci dəqiqədə ev sahibləri qola yaxınlaşsalar da, top qapının yanından keçdi. 42-ci dəqiqədə qonaqların cərimə zərbəsi qapının yanından keçdi. Birinci hissə elə başlandığı kimi də bitdi.

    Meydan sahibləri ikinci hissəyə təhlükəli hücumlarla başladılar. 60-cı dəqiqədə 100%-lik qol şansını qaçıranev sahibləri ard-arda hücum edirdilər. Nəticədə 64-cü dəqiqədə Yovovun vurduğu qol ilə meydan sahibləri hesabda irəli çıxdılar.

    69-cu dəqiqədə komandamızın hücumunda dəqiqlik çatmadı. 73-cü dəqiqədə Boretsin uzaq məsafədən zərbəsi qapıdan aralı keçdi. 75-ci dəqiqədə qapıçı komandamızı qoldan xilas etsə də, 80-ci dəqiqədə komandamıza heç qapıçı da kömək edə bilmədi. Hristov hesabı 2:0-a çatdırdı. Son dəqiqələri sakit keçən oyun beləcə bitdi.

    "Bakı" məğlub olsa da, Avroliqada çıxışını davam edəcək. Avroliqanın qrup mərhələsinə düşmək üçün son addım olan 4-cü təsnifat mərhələsində komandamızın rəqibi 2 gün sonra atılacaq püşkatma ilə müəyyən ediləcək.

    Rəyinizi bildirməyi unutmayın!

    Views: 1387 | Added by: Cavoyek | Rating: 0.0/0 |
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]
    Saytin dostlari
  • Create your own site
  • Neticeler

    Total online: 1
    Guests: 1
    Users: 0
    En yaxsi muellim?
    Total of answers: 196

    Powered by Elchin and Cavansir @ 2009