Cümə axşamı, 2024-04-25, 4:13 AM
Welcome Гость | RSS
  • Ana səhifə
  • Qaydalar
  • Forum
  • Fotoalbom
  • Qonaq kitabı
  • Testlər
  • Gündəlik
  • Video
  • Music
  • Our poll
    En guclu futbol klubu?
    Total of answers: 206
    Tag Board
    500
    Main » 2009 » İyul » 27 » Yeni və çox vacib kəşf (From Elchin)
    Yeni və çox vacib kəşf (From Elchin)
    3:43 PM

    Gələcəyin yanacağı Sibirdə tapıldı


    Baykal Gölündə, nəhəng qaz hidrat yataqları ortaya çıxdı. Kəşf böyük həyəcan yaratdı.

    Rusiyanın Sibir bölgəsindəki Baykal Gölündə böyük qaz hidrat yataqları tapdığı bildirildi. Baykal Gölündəki araşdırmalara qatılan bir səlahiyyətli Rus xəbər agentliyi RİA Novostiyə etdiyi şərhdə, göldə mini dənizaltılarla icra edilən araşdırma fəaliyyətləri daxilində dünən elm adamlarının, dəniz və ya
    okeandakından daha böyük qaz hidrat yataqları tapdığını ifadə etdi. Araşdırmaların sürəcəyi bildirildi.

    Qaz hidrat, su və metan qazının uyğun istilik və təzyiq şərtlərində donmasıyla meydana gəlir. Uyğun şərtlərdə çıxardıldığında donuq haldakı qaz hidrat 164 qat genişləyərək, qaza çevrilə bilir. Dibdəki ehtiyatların uyğun şərtlərdə bu nisbətdə böyüməsi qaz hidratın əhəmiyyətini artırır.

    Günümüz texnologiyası hələ dəniz dibindəki qaz hidratı işləməyə çatmır. Ancaq təmiz və güclü bir yanacaq olan qaz hidratdan faydalanmaq üçün işlər davam edir.

    Dünyadakı qaz hidratların çoxu dərin dəniz döşəməsi altında minlərlə kvadrat kilometrlik sahəni örtür. Dünya səviyyəsində qaz hidratlarda tutulan metan qazı miqdarının dünyadakı bütün qalıq yanacaqlarında tutulan karbonun iki qatı olduğu ifadə edilərkən, dünyadakı qaz hidrat yataqları ehtiyatının 3 min 700 trilyon ilə 10 milyon trilyon metr kub arasında olduğu təxmin edilir.
    Views: 978 | Added by: botl-9a | Rating: 0.0/0 |
    Total comments: 1
    2009-07-30
    1. CAVANSIR (Cavoyek) [Material]
    Yaxşıdı. Ama məncə bu qaz hidrat enerji yataqları gələcəkdə dünyanın başına bəla olacaq. Çünkü əgər Rusiya bu enerjidən istifadə edə bilsə onda gələckdə Avropa bəlkə də bütün dünya Azərbaycan daxil olmaqla Rusiyadan asılı qalacaqdır. Mənim fikrim belədir. İnşallah hamı üçün xeyrli olar! huh

    Only registered users can add comments.
    [ Registration | Login ]
    Saytin dostlari
  • Create your own site
  • Neticeler

    Total online: 1
    Guests: 1
    Users: 0
    En guclu futbol klubu?
    Total of answers: 206

    Powered by Elchin and Cavansir @ 2009